Parlamentin yaz sessiyasında bəzi hesabatlar, illik məruzə və məlumatlar müzakirə olunacaq


 

Milli Məclisin 2021-ci il yaz sessiyası ərzində bəzi hesabatlar, illik məruzə və məlumatlar müzakirə olunacaq.

Şəffaflıq.az məlumat verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı, Hesablama Palatasının illik hesabatı, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib qəbul ediləcək.

Daxili Nizamnaməyə görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verməlidir.

Eyni zamanda “Hesablama Palatası haqqında” uyğun olaraq Hesablama Palatası öz fəaliyyəti haqqında illik hesabatı Milli Məclisə təqdim edir.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Milli Məclis qarşısında illik məruzə ilə çıxış edir.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir. Bu məruzədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər verə bilər.

”İnsan alverinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator da Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}