Rusiya və ABŞ nüvə silahları ilə bağlı müqaviləni uzatmağı qəbul etdilər

 

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

“Prezidentlər bu gün “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığın əldə edilməsinə dair aparılan diplomatik notalar mübadiləsindən məmnunluqlarını ifadə ediblər. Önümüzdəki günlərdə tərəflər nüvə raket arsenallarının qarşılıqlı məhdudlaşdırılmasını nəzərdə tutan bu vacib beynəlxalq hüquqi mexanizmin işləməsini təmin etmək üçün bütün lazımi prosedurları tamamlayacaqlar”.

Daha sonra məlum olub ki, Putin müqavilənin müddətinin uzadılmasının təsdiqlənməsi üçün Dövlət Dumasına sənəd təqdim edib. Qanunun rəsmi dərc olunduğu gündən qüvvəyə minməsi gözlənilir. Əlavə sənədlərdə müqavilənin müddətinin 2026-cı il fevralın 5-dək uzadılması təklif edilir.


Həmçinin, amerikalı senatorların da qanunu çərşənbə günü təsdiqləyəcəkləri gözlənilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}