KORRUPSİYA İDARƏSİ MASALLIDA ƏMƏLİYYAT KEÇİRİR - Baş həkim saxlanıldı

 

Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.  

Məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat davam etdirilir: "Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}