ABŞ Konqresinə Baydenin impiçmenti maddəsi təqdim edildi

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin Birləşmiş Ştatların prezidenti Co Baydenin impiçmenti maddəsini müzakirəyə təqdim edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə o, özünün feysbukdakı videomüraciətində bildirib.

"Prezident Co Baydenin impiçmenti maddəsi indicə (Nümayəndələr Palatasına – red) təqdim edildi. Görək, bundan nə çıxacaq", – Qrin bildirib.


O, daha əvvəl özünün Baydenin dövlət başçısı səlahiyyətini icra etməsinin birinci günündə onun impiçmentinə təşəbbüs etmək niyyəti haqqında bildirib.

Co Bayden yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}