Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri artıb

 

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci il ərzində göstərilmiş xidmətlərin dəyəri 2 milyard 235,9 milyon manat təşkil edib.

Şəffaflıq.az Dövlət Statistika İdarəsinə istinadən məlumat verir ki, bu sahədə göstərilmiş xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 0,6 faiz artıb.

Xidmətlərin 74,2 faizi əhali tərəfindən istehlak olunub və əldə edilən gəlirin 41,7 faizi və ya 933,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Əlavə olaraq qeyd edək ki, ötən il informasiya və rabitə sektoruna 195,2 milyon manat investisiya qoyulub, bunun 178,3 milyon manatı rabitə sektorunu əhatə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}