YAP-ın ötən il üçün gəlir və xərcləri açıqlandı

 

2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 milyon 288 min 708 manat olub.

Bu barədə YAP İdarə Heyətinin iclasında məlumat verilib.

Həmin məbləğin 10 milyon 346 min 294 manatını üzvlük haqları, 1 miyon 942 min 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Həmin maliyyə vəsaitinin 6 milyon 969 min 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqlarının ödənilməsinə, 452 min 599 manatı Silahlı Qüvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara xərclənib.

625 min 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 min 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 min 357 manatı ezamiyyə xərclərinə, 302 min 192 manatı avtonəqliyyat xərclərinə, 242 min 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 min 621 manatı təmir işlərinə, 457 min 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 min 739 manatı bank xidmətinə, 86 min 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 min 720 manatı dəftərxana xərclərinə, 144 min 611 manatı çap işlərinə, 237 min 592 manatı isə sair xərclərə sərf edilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}