Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir


 

Şəffaflıq.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətində 18 yanvar 2021-ci il tarixdə Azərbaycanda yeganə kolxoz təsərrüfatı kimi fəaliyyət göstərən Nikitin adına kolxozun inkişaf etdirilməsi və İvanovka kəndinin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı pandemiya qaydalarına uyğun olaraq görüş keçirilib.

Görüşdə Nikitin adına kolxozda məhsuldarlığın daha da artırılması, yerli bazarda mövqeyinin bərkidilməsi, İvanovka brendinin potentləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması, heyvandarlıq, taxılçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr, həmçinin, İvanovka kəndinin içməli su və suvarma suyu probleminin həlli istiqamətində görülə biləcək digər işlər haqda ətraflı müzakirələr aparılıb.

Görüş zamanı İvanovka kəndində inşa edilən Karamel zavodunun istehsala başlaması zamanı əlavə iş yerlərinin açılacağı və kəndin sosial-iqtisadi inkişafında müsbət rol oynayacağı diqqətə çatdırılıb.




 






Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}