Yaşı 10 milyard olan planet kəşf edildi

 

ABŞ astronomları "Super Earth" adlandırdıqları planetin 10 milyard il əvvəl əmələ gələn bir ulduz sistemi içində tapdıqlarını açıqlayıblar.

Alimlər, Samanyolu qalaktikasından bir neçə milyard il sonra meydana gələn ulduz sisteminin bir hissəsi olan planetdə həyat əlamətlərinin olmadığını, lakin bu cür uzun ömürlü planetlərin keçmişdə özü ilə sivilizasiya daşıdığını ifadə ediblər.

Amerika Astronomiya Birliyinin illik yığıncağında mətbuata açıqlama verən Havay Universitetinin professoru Lauren Veiss, "Bizim Dünya təxminən 5 milyard ildir mövcuddur. Amma 10 milyard ildir mövcud olan başqa bir dünyada nə ola biləcəyini düşünün. Mən mütləq araşdırmaq istərdim",- deyə bildirib.  


Veiss, elm dünyasında diqqəti cəlb edən bu planetin ətrafında fırlandığı ulduza baxan bir maqma okeanı olduğunu və eyni ulduzun ətrafında dövr edən daha iki kiçik planetin də ola biləcəyini söyləyib.

"TOI-561 b" adlanan sözügedən planetin yerdən iki dəfədən də böyük olması və ulduz ətrafında öz dövrünü dünyanın yarısından az bir müddətdə tamamladığı qeyd olunub. "Astronomical Journal"-da nəşr edilən bu kəşfdə ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) TESS missiyası və Keck Rəsədxanasının texniki imkanlarından istifadə edilmişdir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}