ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər edəcək. 

Şəffaflıq.az həmin təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, səfər yanvarın 11-də baş tutacaq.

Görüşlərdə Azərbaycanla ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Salim bin Məhəmməd əl-Malik Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}