Hindistanda xəstəxanada yanğın: Azı 10 uşağın faciəvi şəkildə həlak olduğu deyilir...

 

Hindistanın Maharaştra əyalətində gecə saatlarında xəstəxanada baş verən yanğın nəticəsində 10 yeni doğulmuş körpə ölüb.

Şəffaflıq.az bildirir ki, bu barədə NDTV xəbər yayıb.

Bildirilir ki, faciə Bhandar rayon xəstəxanasının yeni doğulmuş uşaqlara qulluq şöbəsində gecə saat ikidə baş verib.

İlkin ehtimallara görə hadisəyə səbəb qısa qapanma olub.

Məlumata görə, daha yeddi uşaq yanğından xilas edilib.

Palatada 1-3 aylıq körpələr olub.

Zərərçəkən körpələr, həmçinin reanimasiyada, dializ şöbəsində və doğum şöbəsində olan xəstələr digər şöbələrə köçürülüb.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}