Hindistanda dəfn mərasiminə gələn onlarla insan ölüb


 

Hindistanda dəfn mərasiminə gələn insanlar krimatoriyanın tavanının çökməsi nəticəsində ciddi xəsarətlər alıb.

Şəffaflıq.az “The Times İndia”na istinadən məlumat verir ki, hadisə Uttar-Pradeş ştatının Muradnaqar şəhərində baş verib. Belə ki, dəfn mərasimi zamanı yağış yağıb və insanlar islanmamaq üçün bir yerə toplaşıb. Bu zaman dam uçub və 21 insan dağıntılar altında qalaraq həyatını itirib. 38 insan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ştatın baş naziri bildirib ki, həyatını itirən hər bir şəxsə görə 200 000 rupi (təxminən 2750 ABŞ dolları) kompensasiya ödəniləcək. Nazir həmçinin yerli aidiyyəti orqanlara hadisəni araşdırmağı və məruzə hazırlamağı əmr edib.

Hadisə ilə əlaqədar Hindistan prezidenti Ram Natx Kovind və baş nazir Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}