Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam edir

 

Vyetnamda koronavirusun “Britaniya ştammı”na ilk yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “VN Express” xəbər yayıb.

Məlumata görə, yeni ştamm dekabrın 22-də  Böyük Britaniyadan qayıdan Vyetnam sakinində aşkarlanıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

“Britaniya ştammı” 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}