Koronavirusun daha bir ağır əlaməti aşkarlandı

 

İslandiyadan olan tədqiqatçılar qrupu koronavirusun daha bir simptomunu aşkarlayıblar.

Bu barədə Şəffaflıq.az “British Medical Journal”a istinadən xəbər verir.

Qeyd edilir ki, əlamət pasiyentlərin əksəriyyətində müşahidə olunur. Söhbət mialqiyadan gedir. Bu, əzələlərdə, vətərlərdə, yumşaq birləşdirici toxumalarda, bağlarda, sümüklərdə və orqanlardakı ağrı hissləridir.

Alimlərin tədqiqatlarının nəticələrinə görə, mialqiya pasiyentlərin 55 faizində qeydə alınır.

Ən çox yayılmış simptomlar arasında həmçinin baş ağrıları və öskürək də var. Belə ki, pasiyentlərin 51 faizi baş ağrısından, 49 faizi öskürəkdən əziyyət çəkir.

Qeyd edək ki, COVID-19-un yüngül formasının aşkarlandığı pasiyentlərdə baş ağrısı, qoxu, dadbilmə hisslərinin itməsi və burun tutqunluğu xəstəliyin ən çox yayılmış əlamətləridir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}