Əsas Səhifə > Dünya > Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi

Danimarka neft və qaz istehsalından imtina etməyə qərar verdi


4-12-2020, 19:01

 

Danimarka hökuməti və ölkə parlamenti 2050-ci ilədək Şimal dənizində neft-qaz hasilatının və kəşfiyyatının tamamilə dayandırılması barədə razılığa gəlib.

Bu barədə Şəffaflıq.az “Reuters”-ə istinadən xəbər verir.

Bildirilir ki, bu cür fəaliyyətlərin lisenziyalaşdırılması üçün edilən bütün tenderlər hazırda ləğv edilir; Parlament lisenziya verilməsi barədə səkkizinci raundu və bundan sonrakı tenderləri ləğv etmə barədə qərarı təsdiqləyib.

Qeyd edək ki, Danimarka hökuməti 2050-ci ildə “iqlim bitərəfi” ölkəsinə çevrilmək üçün ötən il “2030-cu ilə qədər çirkləndirici tullantıları 70 faiz azaltmaq” barədə iddialı layihə qəbul edib.

Hazırda bu ölkə Avropa İttifaqında ən böyük neft və qaz istehsalçısıdır.

Geri qayıt