Əsas Səhifə > Dünya > Yəməndə son 5 ildə silahlı toqquşmalarda 233 min nəfər ölüb

Yəməndə son 5 ildə silahlı toqquşmalarda 233 min nəfər ölüb


1-12-2020, 13:33

 

Yəməndə 5 il ərzində münaqişənin gedişi nəticəsində 233 min nəfər həlak olub.

Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, məlumatı BMT-nin Humanitar məsələlər üzrə ali komissarının idarəsi yayıb.

“Yəməndə münaqişə nəticəsində artıq 233 min qurban var. Bu, çox təəssüfləndirici qəbuledilməz rəqəmdir”, - idarədən bildirilib.

Qeyd edək ki, Yəməndə 2014-cü ildən İranın dəstəklədiyi husi qiyamçıları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar davam edir.

Geri qayıt