Əsas Səhifə > Dünya > COVID-19: Fransada son sutkada koronavirusdan 198 ölüm faktı qeydə alınıb

COVID-19: Fransada son sutkada koronavirusdan 198 ölüm faktı qeydə alınıb


30-11-2020, 17:12

 

Fransada son sutkada COVID-19 infeksiyasından xəstəxanalarda 198 ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, ölkədə epidemiya başlayandan koronavirusdan ölənlərin ümumi sayı 52 325-ə çatıb. Xəstəxanalarda 28 284 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 744 ağır vəziyyətdə xəstə var, onlardan 102-si son 24 saatda daxil olub.

Ölkədə son gün ərzində 10 min yeni yoluxma qeydə alınıb.

Geri qayıt