Əsas Səhifə > Dünya > ABŞ-da ticarət mərkəzində atışma olub, 8 nəfər yaralanıb

ABŞ-da ticarət mərkəzində atışma olub, 8 nəfər yaralanıb


21-11-2020, 09:20
Naməlum ABŞ-ın Viskonsin ştatının Uovatosa şəhərində yerləşən ticarət mərkəzində atəş açıb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsi "Twitter" səhifəsində yazıb.
Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Polis gələndə o hadisə yerindən qaçmışdı. Onun barəsində axtarış elan olunub.

Geri qayıt