Əsas Səhifə > Gündəm > Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi


17-11-2020, 20:59

 

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qeyd edilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla, yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.

Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.


Şəffaflıq.az
Geri qayıt