Əsas Səhifə > Dünya > Meksikada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Meksikada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü


15-11-2020, 18:52


 

Meksikada son sutka ərzində daha 5 860 nəfərdə koronavirus aşkarlanıb, 635 nəfər bu virusun qurbanı olub. 

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.


Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1 003 253-ə, bu virusdan ölənlərin sayı isə 98 259-a yüksəlib.

İndiyədək 745 361 nəfər sağalıb. Ölkədə 159 633 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 941-nin vəziyyəti ağırdır.

Geri qayıt