Əsas Səhifə > Gündəm > Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb


12-11-2020, 19:45
 Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən, əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Şəffaflıq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Geri qayıt