Əsas Səhifə > Dünya > Ukrayna XİN: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Ukrayna XİN: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"


4-11-2020, 23:21

 

Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.


Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib.

Məktubda qeyd edilib ki, sentyabrın 27-də - Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün - Ukrayna XİN Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. Sentyabrın 30-da keçirilən onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır".

Soydaşımızın nəzərinə bir daha çatdırılıb ki, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyi dəyişilməzdir: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir".


Şəffaflıq.az
Geri qayıt