Əsas Səhifə > Dünya > İrana qarşı yeni sanksiyalar tətbiq edilib

İrana qarşı yeni sanksiyalar tətbiq edilib


30-10-2020, 13:25

 

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını daha da genişləndirib.

Şəffaflıq.az ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, 5 fiziki və 11 hüquqi şəxsin adı sanksiyalar siyahısına əlavə edilib. Bu hüquqi şəxslərdən 2-si Çin vətəndaşıdır. Bundan başqa Çinin 5, Sinqapurun isə 2 şirkətinə qarşı sanksiyalar tətbiq olunub. Bu şirkətlər sanksiya rejimini pozmaqda və İran ilə iqtisadi əməkdaşlıqda ittiham ediliblər.

Artıq bu şirkətlərin nümayəndələri və adıçəkilən şəxslər ABŞ-a səfər edə bilməzlər. Onların ABŞ-la istənilən səviyyədə əməkdaşlığı qadağan edilib.

Geri qayıt