Əsas Səhifə > Gündəm > Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib


29-10-2020, 14:50

 

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Şəffaflıq.az-a Müdafiə Nazirliyindən bildirilib.

Geri qayıt