Əsas Səhifə > Digər > ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib


23-10-2020, 23:36

 

Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Geri qayıt