Əsas Səhifə > Dünya > Qırğızıstanda yeni baş nazir seçilib

Qırğızıstanda yeni baş nazir seçilib


14-10-2020, 16:14

 

Qırğızıstan parlamenti ölkənin yeni baş naziri qismində Sadır Japarovu təsdiq edib.

Şəffaflıq.az-ın məlumatına görə, yeni nazir parlamentin yekdil qərarı ilə seçilib.

Bundan başqa, Qırğızıstanın yeni hökumətinin tərkibi, strukturu və proqramı təsdiq olunub.

Qeyd edək ki, ölkədə oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra baş vermiş etirazlar nəticəsində baş nazir Kubatbek Boronov istefa vermişdi.

Geri qayıt