Əsas Səhifə > Maraqlı > Təbiət möcüzəsi: Səmada eyni anda üç günəş görünüb - FOTO

Təbiət möcüzəsi: Səmada eyni anda üç günəş görünüb - FOTO


8-10-2020, 10:44

 

Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin sakinləri qeyri-adi bir təbiət hadisəsini müşahidə ediblər. Belə ki, səmada bir anda üç günəş görünüb. Bu barədə “Vesti Yamal” xəbər verib.

Bu optik fenomen günəş halosu adlanır.

Halo - Günəş və Ay ətrafında yaranan işıltılı halqadır.

O, yerdən 5-10 km yüksəklikdə lələkvari buludların buz kristallarında işığın sınması və əks olunması nəticəsində yaranır.

Halo da göy qurşağı və qütb parıltısı kimi optik atmosfer hadisəsidir.


Şəffaflıq.az
Geri qayıt