Əsas Səhifə > Gündəm / Siyasət > Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən XEYLİ İTKİ VERİB

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən XEYLİ İTKİ VERİB


8-10-2020, 00:11
Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.
Şəffaflıq.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.



Geri qayıt