Əsas Səhifə > Kriminal > Bakıda marketin əməkdaşı müştəri tərəfindən bıçaqlanıb

Bakıda marketin əməkdaşı müştəri tərəfindən bıçaqlanıb


7-10-2020, 08:17

 

Bakının Sabunçu rayonunda gəncin kürək nahiyəsinə üç bıçaq zərbəsi vurulub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Həsənov Səbuhi Sahib oğlu alıcı ilə mübahisə edib. Satıcının kürək nahiyyəsinə üç bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Geri qayıt