Əsas Səhifə > Gündəm > Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 36 milyonu ötüb.
Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 36 milyonu ötüb.7-10-2020, 07:31 |
Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 36 milyonu ötüb. Şəffaflıq.az ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 36 023 475-yə çatıb. Qeyd edilir ki, COVID-19-dan artıq 27,1 milyon insan sağalıb. Pandemiya ərzində təhlükəli infeksiya 1 053 837 insanın həyatına son qoyub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |