Əsas Səhifə > Hadisə > Salyanda motosiklet DƏHŞƏTİ: yoldan keçən qadınları...

Salyanda motosiklet DƏHŞƏTİ: yoldan keçən qadınları...


8-03-2019, 22:07
  Salyan rayonunda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şorsulukəndi ərazisində qeydə alınıb.
Rayonun Dayıkənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Hüseynova Nailə Əlirza qızı və 1975-ci il təvəllüdlü Nəzərova Südabə Cəlil qızı evə gedərkən motosiklet vurub. Nəticədə hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt