Əsas Səhifə > Dünya > Gürcüstanda yeni rekord - Qonşu ölkələrdə son vəziyyət
Gürcüstanda yeni rekord - Qonşu ölkələrdə son vəziyyət21-09-2020, 23:14 |
Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb. Şəffaflıq.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 193 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 3695-ə çatıb. Ölkədə xəstəlikdən 20 nəfər vəfat edib. 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 534-dür. Rusiyada isə son bir gündə 6 196 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 71 pasiyent ölüb, 2 616 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ermənistanda daha 121 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib. Bununla da ölkədə koronavirusdan ölüm sayı 946-ya çatıb. Ümumilikdə 47 552 koronavirusa yoluxma qeydə alınıb. Geri qayıt |