Əsas Səhifə > Dünya > Son 2 ayda Rusiyada COVID-19-a ən yüksək yoluxma halı

Son 2 ayda Rusiyada COVID-19-a ən yüksək yoluxma halı


20-09-2020, 21:15

 

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 148 nəfər artıb. Bu, iyulun 18-dən indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Şəffaflıq.az “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 79 pasiyent vəfat edib.

Ümumilikdə Rusiyada 1 103 399 nəfərdə koronavirus aşkarlanıb, 19 418 nəfər dünyasını dəyişib, 909 357 nəfər sağalıb, 174 624 pasiyent müalicə olunur.

Geri qayıt