Əsas Səhifə > İdman > Bülənt Qorxmaz istefa verib

Bülənt Qorxmaz istefa verib


13-09-2020, 08:20

 

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Bülənt Qorxmazla yollarını ayırıb.

Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssis özü açıqlama verib.

Qorxmaz, Super Liqa klubundakı işindən istefa verdiyini bildirib. Buna klub rəhbərliyinin onun razılığını almadan yeni hücumçu transfer etməsi səbəb olub.

Qeyd edək ki, Bülənt Qorxmaz 2020-ci ilin fevralından “Konyaspor”u çalışdırırdı. O, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.

Geri qayıt