Əsas Səhifə > Dünya > Çində yeni peykin orbitə çıxarılması baş tutmayıb

Çində yeni peykin orbitə çıxarılması baş tutmayıb


13-09-2020, 08:14

 

Çinin Daxili Monqolustan Muxtar Rayonundakı Ciukuan Fəza Mərkəzindən “Kuaijou-1A” daşıyıcı raketi vasitəsilə “Cilin-1 Qaofen 02C” optik müşahidə peykinin orbitə çıxarılması uğursuzluqla nəticələnib.

Bu barədə Şəffaflıq.az "Xinhua"ya istinadən xəbər verir.Mərkəzdən verilən məlumata görə, raketin uçuşu zamanı anormallıq qeydə alınıb.

Hadisənin səbəbləri araşdırılır.

Geri qayıt