Əsas Səhifə > Dünya > Gürcüstanda koronavirusa yoluxanların sayı 2 000-ni ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 2 000-ni ötdü


12-09-2020, 18:20

 

Gürcüstanda son sutkada daha 158 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 075-ə, sağalanların sayı isə 1 363-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Geri qayıt