Əsas Səhifə > Elm Təhsil > Tədris işlərinə yaşı 65-dən aşağı şəxslər cəlb ediləcək

Tədris işlərinə yaşı 65-dən aşağı şəxslər cəlb ediləcək


10-09-2020, 22:45

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.

Şəffaflıq.az-ın məlumatına görə, qaydalara əsasən, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaqlar.

Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq.

Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılacaq.

Geri qayıt