Əsas Səhifə > Dünya > Braziliyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Braziliyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü


4-09-2020, 10:25

 

Braziliyada son sutka ərzində daha 44 728 nəfərdə koronavirus aşkarlanıb, 830 nəfər bu virusun qurbanı olub. 

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 4 046 150-yə, bu virusdan ölənlərin sayı isə 124 729-a yüksəlib.

Bundan əlavə, indiyədək 3 247 610 nəfər sağalıb. Ölkədə 673 811 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağırdır.

Geri qayıt