Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb


31-08-2020, 22:53

 

Türkiyədə son sutka ərzində daha 44 nəfər koronavirusdan ölüb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 370 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 110 102 nəfərdən 1 587-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 270 133 nəfərə çatıb.

Müalicə olunan 1 087 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 244 926 nəfər təşkil edir".

Geri qayıt