Əsas Səhifə > Dünya > Çində otel uçqununda 13 nəfər ölüb

Çində otel uçqununda 13 nəfər ölüb


30-08-2020, 21:51

 

Çinin Şansi əyalətində ikimərtəbəli otelin uçması nəticəsində 13 nəfər dünyasını dəyişib.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Xilasedicilər dağıntılar altından 30 nəfəri xilas edə biliblər. Uçqunun baş vermə səbəbləri araşdırılır.

Axtarış-xilasetmə işlərinə 710-dan çox insan cəlb olunub.

Geri qayıt