Əsas Səhifə > Dünya > Putin və Lukaşenko Moskvada görüşəcəklər

Putin və Lukaşenko Moskvada görüşəcəklər


30-08-2020, 21:40

 

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Şəffaflıq.az xəbər verir ki, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.

Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub.

Geri qayıt