Əsas Səhifə > Dünya > ABŞ-da koronavirusla bağlı son statistika

ABŞ-da koronavirusla bağlı son statistika


30-08-2020, 21:37

 

Son sutkada ABŞ-da COVID-19-dan 882 nəfər ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, bununla ABŞ-da koronavirusdan ölənlərin sayı 186 783 nəfərə çatıb.

Bildirilib ki, son sutka da ölkədə koronavirusa 39 363 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 6 135 598-ə çatıb.

Xəstəlikdən sağalanların sayı isə 3 400 494 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.

Geri qayıt