Əsas Səhifə > ELM VƏ TƏHSİL > Ali məktəblərdə dərslər onlayn keçiriləcək
Ali məktəblərdə dərslər onlayn keçiriləcək27-08-2020, 23:21 |
![]() Şəffaflıq.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı protokollar hazırlanır. Operativ Qərargah tərəfindən razılaşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək: "Eyni zamanda peşə təhsili müəssisələrində peşə komponentli qruplarda dərslər ənənəvi qaydada keçiriləcək. Lakin ali məktəblərdə 15 sentyabrdan dərslər onlayn qaydada keçiriləcək. Oktyabrın 1-dən isə birinci kursa qəbul olan tələbələrin universitetlərlə tanışlığı məqsədilə ənənəvi qaydada dərslərin keçirilməsi planlaşdırılır. Oktyabrın 15-dən etibarən müvafiq ixtisaslar üzrə qismən əyani təhsil təşkil edilə bilər. "Eyni zamanda laboratoriya işi tələb edən ixtisaslarda (məsələn, tibb) tədrisin ənənəvi qaydada təşkili planlaşdırılır. 1 oktyabrdan sonra bununla bağlı qərar fərqli formada verilə bilər". Geri qayıt |