Əsas Səhifə > Dünya > Türkiyədə bir gündə 1 203 nəfər COVID-19-a yoluxub

Türkiyədə bir gündə 1 203 nəfər COVID-19-a yoluxub


22-08-2020, 00:11

 

Son gün ərzində Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 080 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 203 yoluxma aşkarlanıb.Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 255 723-ə yüksəlib.

Geri qayıt