Əsas Səhifə > İdman > İngiltərə Premyer Liqasında 14 nəfər koronavirusa yoluxdu

İngiltərə Premyer Liqasında 14 nəfər koronavirusa yoluxdu


19-08-2020, 20:25

 

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa 14 yoluxma faktı qeydə alınıb.

Şəffaflıq.az "Telegraph"a istinadən xəbər verir ki, 20 klubdan 12-də virus aşkarlanıb. Yoluxanların və komandaların adları açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.

Geri qayıt