Əsas Səhifə > Digər > 5 ZABİTƏ ALİ HƏRBİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam

5 ZABİTƏ ALİ HƏRBİ RÜTBƏLƏR VERİLDİ - Sərəncam


17-08-2020, 18:39

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədova

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.


Şəffaflıq.az
Geri qayıt