Əsas Səhifə > Hadisə > Ər arvadına 22 bıçaq zərbəsi vurdu

Ər arvadına 22 bıçaq zərbəsi vurdu


16-08-2020, 02:27
 Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 22 kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılırş / "Report"
Geri qayıt