Əsas Səhifə > Dünya > Çində fabrikdə yanğın: ölənlər var

Çində fabrikdə yanğın: ölənlər var


8-08-2020, 22:29

 

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.

Hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri davam edir.


Şəffaflıq.az
Geri qayıt