Əsas Səhifə > Dünya > Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb

Hindistanda göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb


7-08-2020, 20:49

 

Hindistanın "Air India Express" hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.


Şəffaflıq.az-ın  verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub.

Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.

Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələ məlum deyil.

Geri qayıt