Əsas Səhifə > Dünya > Almaniya və Fransada rekord göstərici
Almaniya və Fransada rekord göstərici6-08-2020, 19:40 |
Almaniyada son sutka ərzində 1 000-dən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, son üç ay ərzində rekord göstərici olub. Şəffaflıq.az bildirir ki, bu barədə “The Local” xəbər verib. Robert Koh İnstitutunun məlumatına görə, son sutka ərzində Almaniyada COVID-19-a 1 045 nəfər yoluxub. Koronavirusla bağlı rekord göstərici Fransada da qeydə alınıb. Orada son iki ayda ilk dəfə sutka ərzində 1 695 nəfərdə koronavirus aşkarlanıb. Geri qayıt |