Əsas Səhifə > Dünya > İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı


6-08-2020, 19:38

 

İranda son sutka ərzində daha 2 634 nəfərdə koronavirus aşkarlanıb, 174 nəfər vəfat edib. 

Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 320 117-yə, virus qurbanlarının sayı isə 17 976-ya yüksəlib.

Bundan əlavə, indiyədək 277 463 nəfər sağalıb. Ölkədə 24 678 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 4 156-nın vəziyyəti ağır qiymətləndirilir. 

Geri qayıt